Fəridin evi: Bir evdən daha üstün
Haqqımızda
Fəridin ev’ləri adından məlum olduğu kimi , teleaparıcı Fərid Rəsula məxsus kirayə ev sistemidir.
Mən dünya ölkələrini gəzən zaman həmişə airbnb.com da fərqli evlərdə qalırdım və düşünürdüm ki, ölkəmizdə də elə səviyyədə günlük kirayə evlər olmalıdır.
İllərlə bu təcrübəni toplayıb Azərbaycanın turizm mərkəzi sayılan Qəbələ rayonunda premium keyfiyyətli evlər hazırladım. 1-ci ev A-frame tipli 5 yataq otağı 1 zal, 1 mətbəx, 2 sanuzeldən ibarət 200 kv.-lıq tam fərqli evdir.
Evə 12+ qonaq yerləşir. Evi ailəmlə birgə dizayn edib ən xırda detalına qədər öz əllərimizlə hazırlamışıq. Sizin üçün hər şeyi düşünmüşük.
1 sözlə evdə yox yoxdur. Burada çox detallı yazıb işimizi tərifləyə bilərəm. Amma ən yaxşısı gəlib görməyinizdir.
İkinci evimizdə də tikinti sürətlə davam edir. Sizə yeni Yunan evi hazırlayıram. Tezliklə Qəbələdə Aralıq dənizi küləyi əsəcək.
Hörmətlə sizin :Fərid Rəsul

Xidmətimiz Haqqında
Fəridin evi, Azərbaycanda villa və ev kirayəsi sahəsində ən etibarlı platformalardan biridir. Müştərilərimizə yüksək keyfiyyətli istirahət imkanları təqdim etməyi hədəfləyirik.
Biz təbiətin qucağında yerləşən, müasir rahatlığa malik evlər və villalar təklif edirik. Hər bir mülkümüz təmizlik, təhlükəsizlik və komfort baxımından yüksək standartlara cavab verir.
Niyə Bizi Seçməlisiniz?
- Təhlükəsizlik
- Elektrikli avtomobillər üçün pulsuz şarj imkanı
- İsti hovuz
- Dağ mənzərəli vannalı otaq
- Əlverişli məkan
- Tam funskional mətbəx
- Oyunlar